“Bavariya” baş məşqçi postuna Joze Morinyonun namizədliyini gözdən keçirir

“Bavariya” baş məşqçi postuna Joze Morinyonun namizədliyini gözdən keçirir Almaniyanın “Bavariya” klubu baş məşqçi postuna Joze Morinyonun namizədliyini gözdən keçirir.
Futbol
30 Mart , 2019 09:36
“Bavariya” baş məşqçi postuna Joze Morinyonun namizədliyini gözdən keçirir

Almaniyanın “Bavariya” klubu baş məşqçi postuna Joze Morinyonun namizədliyini gözdən keçirir.

“Report” “Footmercato”ya istinadən xəbər verir ki, Münhen təmsilçisinin rəhbərliyi 56 yaşlı portuqaliyalı mütəxəssisi yay fasiləsində komandanın sükanı arxasına gətirmək istəyir.

Klubun idarəçiləri hazırkı baş məşqçi Niko Kovaçdan narazıdırlar. Bundesliqada 26 turdan sonra 60 xalla Dortmund “Borussiya”sı ilə şərikli lider olan “Bavariya”nın Çempionlar Liqasında mübarizəni dayandırması rəhbərliyi qane etməyib.

Qeyd edək ki, J.Morinyo 2018-ci il dekabrın 18-də İngiltərənin “Mançester Yunayted” komandasının baş məşqçi postundan ayrılıb. O, əvvəllər Portuqaliyanın "Portu", İngiltərənin "Çelsi" və İtaliyanın "İnter" komandalarında da çalışıb.

Son xəbərlər

Orphus sistemi