Yuxarı

"Bavariya" 38 il əvvəlki rekordunu təkrarlayıb

"Bavariya" 38 il əvvəlki rekordunu təkrarlayıb

Bakı. 21 fevral. REPORT.AZ/ Münhenin "Bavariya" klubu bütün turnirlərdə ardıcıl qələbələrin sayına görə rekordunu təkrarlayıb.

"Report" xəbər verir ki, bu barədə "Sovetskiy sport" məlumat yayıb.

Klub Çempionlar Liqasında 1/8 final mərhələsində İstanbulun "Beşiktaş" komandasını 5:0 hesabı ilə məğlub edib və dalbadal 14-cü qələbəsini təmin edib.

Qeyd edək ki, "Bavariya" əvvəlki nailiyyətini 1980-ci ildə qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi