BATE - "Qarabağ" matçında anşlaq olacaq

BATE - "Qarabağ" matçında anşlaq olacaq Qalan 1500 biletin də oyun saatına qədər satılacağı gözlənilir
Futbol
14 Avqust , 2018 11:06
BATE - Qarabağ matçında anşlaq olacaq
Report/Fri Salim

Bakı. 14 avqust. REPORT.AZ/ “Qarabağ” komandasının Belarusda BATE ilə keçirəcəyi futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda anşlaq olacaq.

“Report” “Pressbol”a istinadən xəbər verir ki, “Borisov Arena”dakı oyun üçün azarkeşlər indiyədək 13121 bilet alıb. Qalan 1500 biletin də oyun saatına qədər satılacağı gözlənilir.

Qeyd edək ki, bu gün keçiriləcək BATE - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk matç Belarus təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi