BATE-nin oyunçusu: "Qarabağ"ın tarixi və oyunçuları barədə məlumat toplamışıq"

BATE-nin oyunçusu: "Qarabağ"ın tarixi və oyunçuları barədə məlumat toplamışıq" Bakı. 6 avqust. REPORT.AZ/ Qarabağın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi Belarusun BATE klubunun futbolçusu Stanislav Draqun klubun saytına müsahibə verib.
Futbol
6 Avqust , 2018 18:32
BATE-nin oyunçusu: Qarabağın tarixi və oyunçuları barədə məlumat toplamışıq

Bakı. 6 avqust. REPORT.AZ/ "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi Belarusun BATE klubunun futbolçusu Stanislav Draqun klubun saytına müsahibə verib. 

"Report"un məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi "Qarabağ"la oyuna yaxşı hazırlaşdıqlarını söyləyib: "Komandamızda müsbət ab-hava hökm sürür. "Qarabağ"ın tarixi və oyunçuları barədə məlumatlar toplamışıq. Nəzəri məlumatların bir hissəsi bizə çatdırılıb. Məşqçilər rəqibin güclü və zəif cəhətlərini analiz ediblər. Çempionlar Liqasının pley-off mərhələsi üçün kiminlə mübarizə aparacağımızı başa düşürük".  

Belarus millisinin də şərəfini qoruyan oyunçu Azərbaycan milli komandasına qarşı oynadığını da xatırladıb: "Azərbaycan klublarına qarşı oynamamışam, lakin milli komandanın heyətində mart ayında Bakıda Azərbaycan yığması ilə matçda iştirak etdim. Azərbaycanın heyətində milliləşdirilmiş braziliyalı oyunçu Riçard Almeyda məndə yaxşı təəssürat yaratdı. Onu da bilirəm ki, həmin oyunçu "Qarabağ"dan ayrılıb. Bundan əlavə milli komandamıza qarşı oynamış bir neçə oyunçu ilə sabah meydanda olacağıq". 

Stanislav Draqun Azərbaycanda futbolun inkişaf etdiyini və hər iki komandanın güclü olduğunu vurğulayıb: "Hesab edirəm ki, BATE və "Qarabağ" sözdə deyil əməldə ən yaxşı keyfiyyətlərini nümayiş etdirəcək". 

Draqun Ağdam təmsilçisinin ötən il Çempionlar Liqasının qrup mərhələsində oynadığını və bunun onları narahat etmədiyini söyləyib: "Biz ciddi rəqiblə görüşmək məcburiyyətindəyik. "Qarabağ" Çempionlar Liqasında keçirdiyi 4 oyunda da qol buraxmayıb. Bu, çətin rəqiblə qarşılaşacağımızı göstərir. Buna baxmayaraq, inanıram ki, bu mərhələni keçə bilərik".  

Qeyd edək ki, "Qarabağ" - BATE matçı avqustun 7-də Tofiq Bəhrəmov adına Respublika Stadionunda saat 21:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi