Yuxarı

BATE-nin futbolçusu: "Qarabağ" topa bizdən çox sahib olurdu"

BATE-nin futbolçusu: "Qarabağ" topa bizdən çox sahib olurdu"

Bakı. 15 avqust. REPORT.AZ/ "Lazımi nəticəyə nail olaraq, yolumuza davam etməyimizə çox şadıq".

"Report" xəbər verir ki, bunu Belarus BATE-sinin futbolçusu Nikolay Siqneviç evdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra deyib. 26 yaşlı hücumçunun sözlərinə görə, Azərbaycan təmsilçisi ilə hər iki oyun çox çətin alınıb: "Məhz nə cür, harada yaxşı, harada pis oynamağımız mahiyyətcə vacib məsələ deyil. Əsas odur ki, qarşımızdakı vəzifəni yerinə yetirdik. Yekun nəticə münasibətilə BATE azarkeşlərini təbrik edirəm".

Siqneviç "Qarabağ"ın gözlənilən oyun tərzində çıxış etdiyini də vurğulayıb: "Rəqib topa nəzarət etməyə çalışır, ona bizdən çox sahib olurdu. Ümumilikdə, yüzfaizlik epizodlar bərabər paritet təşkil edirdi. Cərimə meydançamız daxilində olmalarının bizə ciddi gərginlik, əsəbilik yaratması ilə razıyam. Lakin real təhlükə elə də çox olmadı".

Belaruslu forvard növbəti dəfə qol vura bilməməsindən təəssüfünü də gizlətməyib: "Həm ilk yarıda, həm də ikinci hissədə belə şanslarım oldu. Açığı, qol vurmağı bacarmamağımın səbəbini bilmirəm. Ümidvaram ki, bir dəfə vursam, tilsim qırılacaq. Bunu səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, BATE ilk görüşdə 1:0 hesabı ilə qalib gəldiyi üçün Çempionlar Liqasının "pley-off" mərhələsinə yüksəlib. Belarus təmsilçisinin növbəti rəqibi Hollandiya PSV-si olacaq. "Qarabağ" isə Avropa Liqasının "pley-off" mərhələsində "Şerif" (Moldova) - "Valür" (İslandiya) cütünün qalibi ilə görüşəcək. Moldovadakı ilk matçda "Şerif" 1:0 hesabı ilə qalib gəlib. İslandiyadakı cavab oyunu avqustun 16-da olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi