Yuxarı

BATE-nin baş məşqçisi: "Yaxşı ki, ilk qolu vuraraq, kiçik üstünlük əldə etdik"

BATE-nin baş məşqçisi: "Yaxşı ki, ilk qolu vuraraq, kiçik üstünlük əldə etdik"

Bakı. 14 avqust. REPORT.AZ/ "Gözlədiyimiz kimi, çətin oyun alındı. Yaxşı ki, ilk qolu vuraraq, kiçik üstünlük əldə etdik".

"Report" xəbər verir ki, bunu Belarusun BATE komandasının baş məşqçisi Aleksey Baqa "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra "Belarus 5" telekanalına açıqlamasında deyib.

Bakıda 1:0 hesabı ilə qalib gəldikləri üçün mərhələ adlayan Borisov təmsilçisinin baş məşqçisi bildirib ki, ilk yarı komandası üçün asan keçib. O, güclü komanda kimi dəyərləndirdiyi "Qarabağ"ın final fitinədək təslim olmadığını əlavə edib.

BATE Çempionlar Liqasının "play-off" mərhələsində Hollandiya PSV-si ilə qarşılaşacaq. "Qarabağ" isə Avropa Liqasının "play-off" mərhələsində "Şerif" (Moldova) - "Valür" (İslandiya) cütünün qalibi ilə görüşəcək. Moldovadakı ilk matçda "Şerif" 1:0 hesabı ilə qalib gəlib. İslandiyadakı cavab oyunu avqustun 16-da olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi