Basketbol üzrə Türkiyə yığmasına yeni baş məşqçi təyin olunub

Basketbol üzrə Türkiyə yığmasına yeni baş məşqçi təyin olunub Vəzifəni Ufuk Sarıca icra edəcək
Futbol
19 Yanvar , 2017 13:02
Basketbol üzrə Türkiyə yığmasına yeni baş məşqçi təyin olunub

Bakı. 19 yanvar. REPORT.AZ/ Basketbol üzrə Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib. "Report"un "Haberturk"e istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Basketbol Federasiyasının prezidenti Hidayət Türkoğlu açıqlama verib.

O, bildirib ki, Ergin Atamanı Ufuk Sarıca əvəzləyib. Yığma komandada işləməsinə baxmayaraq, U.Sarıca "Beşiktaş" klubundakı baş məşqçilik vəzifəsinə də davam edəcək. Yeni baş məşqçi bu il keçiriləcək Avropa çempionatında uğur qazanmağı hədəflədiklərini bildirib. 

Qeyd edək ki, Ufuk Sarıcanın rəhbərlik etdiyi klub Super Liqada 14 oyundan 11-də, Çempionlar Liqasında isə 12 qarşılaşmanın 10-da qələbə qazanıb. 

Son xəbərlər

Orphus sistemi