Yuxarı

"Başakşehir" Arda Turanı icarəyə götürüb - YENİLƏNİB

"Başakşehir" Arda Turanı icarəyə götürüb - YENİLƏNİB
Futbolçunun bu gün Türkiyəyə gələcəyi gözlənilir

Bakı. 13 yanvar. REPORT.AZ/ İspaniyanın “Barselona” komandasının futbolçusu Arda Turanın Türkiyənin “Başakşehir” klubuna keçidi reallaşıb.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 31 yaşlı yarımmüdafiəçini 1,5 + 1 illik formul üzrə icarəyə götürüb.

Futbolçunun bu gün Türkiyəyə gələcəyi gözlənilir.


*** 13:21

"İspaniyanın “Barselona” komandasının futbolçusu Arda Turanın Türkiyənin “Başakşehir” klubuna keçmək ehtimalı 50 faizdən çoxdur".

“Report” xəbər verir ki, bunu İstanbul təmsilçisinin baş məqşçisi Abdulla Avcı “CNN Türk”ə açıqlamasında deyib.

O bildirib ki, danışıqların müsbət nəticələnəcəyinə ümid edir: “Ardanın "Başakşehir"ə keçmək ehtimalı 50 faizdən çoxdur. Burada "Barselona" üçün maddi tərəflər, futbolçunun maaşı məsələsi var. Bu gün müsbət və ya mənfi qərar çıxar. Hesab edirəm ki, qərar müsbət olacaq. Ona başqa ölkələrdən də təkliflər var. Bizi seçməsinin səbəbi burada ailə mühitinin olmasıdır. Hazırda "Barselona"da məşqlərini davam etdirir. Lakin baş məşqşçi heyətə götürmür”.

Məlumata görə, "Barselona" 31 yaşlı yarımmüdafiəçini satmaq, "Başakşehir" isə icarəyə götürmək istəyir.

Qeyd edək ki, 2015-ci ilin yayında 34 milyon avro qarşılığında “Atletiko”dan “Barselona”ya keçən A.Turan cari mövsümdə meydana çıxmayıb. "Başakşehir" Türkiyə Super Liqasının geridə qalan 17 turundan sonra 36 xalla liderdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi