Yuxarı

Baş məşqçi "Qəbələ" klubunun “Ateitis Cup 2017” turnirindəki çıxışını dəyərləndirib

Baş məşqçi "Qəbələ" klubunun “Ateitis Cup 2017” turnirindəki çıxışını dəyərləndirib

3556

Qəbələnin futbolçuları çox yaxşı çıxış təsir bağışladılar

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycan milli komandasının 15 yaşadək futbolçulardan ibarət baş məşqçisi Vüqar Məmməd "Qəbələ" klubunun U-14 kollektivinin Litvada təşkil olunmuş “Ateitis Cup 2017” turnirindəki çıxışını dəyərləndirib.

Otuz doqquz yaşlı mütəxəsəssis "Report"un Şərqi Avropa bürosuna müsahibəsində bildirib ki, "Qəbələ" futbol klubunun rəhbərliyinin bu addımı təqdirəlayiqdir. 

Onun sözlərinə görə, Azərbaycan təmsilçisinin turnirdəki çıxışı əcnəbi futbol mütəxəssislərini xoşuna gəlib: "Neçə ildir bu klubun aşağı yaş kateqoriyasında olan komandaları beynəlxalq turnirlərdə iştirak edir və böyük təcrübə toplayırlar. Turnirin ilk günündən etibarən buradayam. Bu komandanın millimizə namizəd olan və yaxud başqa oyunçularını yaxından izləmək üçün turnirin keçirildiyi Vilnyus şəhərinə səfər etdim. Turnirdə 6 ölkənin 10 komandası iştirak etdi. Bunlar İtaliyanın "Torino", Belarusun "Dinamo", "Minsk", BATE, Litvanın "Jalgiris", Estoniyanın "Legion", Latviyanın "Riqa" və digər komandalar idi. Çox istərdim ki, Azərbaycanın başqa klubları da bu cür turnirlərdə tez-tez iştirak etsinlər. "Qəbələ"nin futbolçuları çox yaxşı çıxış təsir bağışladılar. Turnir ərəfəsində tribunadan başqa klub nümayəndələri və turnir təşkilatçıları ilə söhbətimdə bizim komandanı həqiqətən bəyəndiklərini dilə gətirirdilər".

V.Məmməd bildirib ki, turnirdə 3-cü yeri tutan "Qəbələ"nin U-19 komandasının müdafiəçisi Xəyal Səmədovun çıxışı xüsusi seçilib. O, Ən yaxşı müdafiəçi mükafatına layiq görülüb: "Komandamız tunirdə 3-cü yeri tutdu. Ən yaxşı müdafiəçi mükafatına komandamızın sağ kənar müdafiəçisi Xəyal Səmədov layiq görüldü. Başqa futbolçularımızı da ən yaxşılardan hesab etmək olardı. Komandamızın bu turnirdə iştirakı mənim üçün də futbolçuları milli komandamıza seçməkdə böyük kömək olacaq. Hər bir futbolçu haqqında kifayət qədər məlumat topladım. Ümumilikdə turnir haqqında bunları deyərdim. Ancaq futbolçularımızda əksik cəhətlər də vardı. Bu barədə komandanın baş məşqçisi Rakif Əliyevlə hər günün sonunda məsləhətləşirdik. Çalışacağıq ki, birlikdə əlimizdən gələni edib, gələcəkdə Azərbaycan millisi və eləcə də "Qəbələ"nin əsas komandası üçün layiqli və bacarıqlı futbolçular yetişdirək. Əsas məqam odur ki, çempionatımızın səviyyəsini yüksəltməliyik, oyunların sayını çoxaltmalıyıq və beynəlxalq turnirlərdə çox iştirak etməliyik. Klub beynəlxalq turnirlərdə çox iştirak edərsə, beynəlxalq arenada milli komandaya asan olacaq. Əks halda inkişafdan söhbət gedə bilməz. Avropa komandalarına beynəlxalq turnirlərdə iştirak etmək çox rahatdır. Ona görə ki, ölkələr bir-birilər ilə sərhəddir və yaxındırlar. Bir-birləri ilə rahat əlaqə quraraq, çox beynəlxalq oyunlar keçirirlər. Bu da onların sürətli inkişafına böyük təkan verir".

Qeyd edək ki, Litvada 14 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan “Ateitis Cup 2017” turnirində “Qəbələ”nin 3-cü yeri tutub. Azərbaycan təmsilçisi bürünc medallar uğrunda matçda Minsk "Dinamo"su ilə qarşılaşıb və görüş təmsilçimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yarışın qalibi isə finalda İtaliyanın "Torino" klubunu 5:0 hesabı ilə məğlub edən Estoniyanın “Legion” komandası olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi