Baş məşqçi mobil telefonla danışdığı üçün böyük məbləğdə cərimələnib

Baş məşqçi mobil telefonla danışdığı üçün böyük məbləğdə cərimələnib İtaliyanın "Roma" klubu 122 min avro ziyana düşüb
Futbol
13 Noyabr , 2014 17:36
Baş məşqçi mobil telefonla danışdığı üçün böyük məbləğdə cərimələnib
Bakı. 13 noyabr. REPORT.AZ/ İtaliyanın "Roma" futbol klubu baş məşqçi Rudi Qarsiyanın hərəkəti üzündən 122 min avro ziyana düşüb. "Report"un məlumatına görə, buna 50 yaşlı mütəxəssisin öz köməkçisi ilə oyun zamanı mobil telefonla danışması səbəb olub. 

R.Qarsiya daha öncə İtaliya Futbol Federasiyası tərəfindən 52 min avro cərimələnib. Ötən mövsüm də o, analoji qayda pozuntusu üzündən 70 min avro cəzalanıb. Həmin vaxt bu cəza 1 il sınaq müddəti ilə şərti kəsilmişdi. Baş məşqçi eyni hərəkəti yenə təkrarladığından əvvəlki cərimə yenisinin üstünə gəlib. 

Qeyd edək ki, R.Qarsiya oyunlar zamanı köməkçisi Frederik Bomparla daim ünsiyyətdə olur. O, oyunu daha yaxşı şərh etməsi üçün F.Bomparı tribunaya göndərir. Amma İtaliya çempionatının əsasnaməsində məşqçinin mobil telefonla istənilən danışığı qadağandır və cərimə ilə müşayiət olunur. Hazırda "Roma" A seriyasında 2-ci pillədədir və lider "Yuventus"dan 3 xal geri qalır. 

Son xəbərlər

Orphus sistemi