İtaliya klubunun baş məşqçisi oyun vaxtı həmkarına kəllə atıb - VİDEO

İtaliya klubunun baş məşqçisi oyun vaxtı həmkarına kəllə atıb - VİDEO Bakı. 29 yanvar. REPORT.AZ/ İtaliya C Seriyasındakı Lukkeze - Alessandriya matçında qalmaqal baş verib.
Futbol
29 Yanvar , 2019 13:12
İtaliya klubunun baş məşqçisi oyun vaxtı həmkarına kəllə atıb - VİDEO

Bakı. 29 yanvar. REPORT.AZ/ İtaliya C Seriyasındakı "Lukkeze" - "Alessandriya" matçında qalmaqal baş verib.

"Report" xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Cankarlo Favarin rəqib komandadakı həmkarı ilə mübahisə edib.  

Bundan sonra hər iki mütəxəssis texniki zonadan uzaqlaşdırılıb. Favarin "Alessandriya"nın texniki zonasının önündən keçərkən rəqib baş məşqçinin köməkçisi Qaetano Mançino ilə də mübahisə edib və ona başı ilə zərbə endirib.

İtaliya Futbol Federasiyası buna görə baş məşqçiyə 5 aylıq cəza verib. Mütəxəssis mövsümün qalan hissəsində komandasına texniki zonada kömək edə bilməyəcək. Baş məşqçi tərəfindən döyülən Mançino isə iki oyunluq cəzaya məruz qalıb.

Favarin rəqib məşqçinin təhqirinə məruz qaldığı və ona tüpürdüyü üçün bu addımı atdığını vurğulayıb.

Qeyd edək ki, "Lukkeze" - "Alessandriya" matçı 2:2 hesablı heç-heçə ilə başa çatıb. 

Son xəbərlər

Orphus sistemi