Yuxarı

Baş məşqçi: "Azərbaycanda futbolçu qızlar tez ailə qururlar"

Patrisia Qonzales: Həyatımı peşəkar futbola qurban verdim

Bakı. 1 noyabr. REPORT.AZ/ "Azərbaycanda qadın futbolunun vəziyyəti İspaniyadakından yaxşıdır. Lakin burada da müəyyən problemlər mövcuddur". "Report"un məlumatına görə, bu sözləri İspaniya mətbuatına müsahibəsində Azərbaycanın qadınlardan ibarət U-19 və U-21 milli komandalarının baş məşqçisi Patrisia Qonzales deyib.

Azərbaycandakı futbol infrastrukturdan bəhs edən 27 yaşlı mütəxəssis yeganə problem kimi qadınlar arasında milli çempionatın olmamasını göstərib: "Burada futbol sahəsində böyük inkişaf var. Qadın futbolunda isə aşağı yaş qrupları üzrə çempionatlar keçirilir. Lakin böyüklər arasında milli çempionat keçirmək hələ ki, mümkün deyil. Çünki Azərbaycanda qızlar tez ailə həyatı qururlar və bununla da idmanı atmalı olurlar".
Qonzales həmçinin İspaniyada qadın futbolunun acınacaqlı durumda olduğunu da qeyd edib: "İspaniyada qadın futbolu peşəkar səviyyədə deyil. Orada 3 komandanı çalışdıran heç 600 avro maaş almır. İspaniyada qadın futbolunda işləməklə yaşamaq mümkün deyil. Futbolçuların heç biri peşəkar klubda oynamır. Mən də həyatımı peşəkar futbola, bu sahədəki hədəflərimə qurban verdim".

Qeyd edək ki, PRO kateqoriyalı Patrisia Qonzales 2013-cü ildən Azərbaycanın U-19 və U-21 millilərinin baş məşqçisi vəzifəsini icra edir, eyni zamanda ölkədə qadın futbolunun inkişafına məsul şəxsdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi