Baş məşqçi Armando Kunqu: "Kosovo vətəndaşı olan oyunçumuzu Azərbaycana gətirə bilmədik"

Baş məşqçi Armando Kunqu: "Kosovo vətəndaşı olan oyunçumuzu Azərbaycana gətirə bilmədik" Bakı. 31 iyul. REPORT.AZ/ Sabahkı oyun bizim üçün asan olmayacaq. Ciddi hazırlaşmışıq. Futbol sürprizləri sevən bir idman növüdür. Müsbət nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
Futbol
31 İyul , 2018 20:50
Baş məşqçi Armando Kunqu: Kosovo vətəndaşı olan oyunçumuzu Azərbaycana gətirə bilmədik

Bakı. 31 iyul. REPORT.AZ/ "Sabahkı oyun bizim üçün asan olmayacaq. Ciddi hazırlaşmışıq. Futbol sürprizləri sevən bir idman növüdür. Müsbət nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

“Report” xəbər verir ki, bunu Albaniyanın “Kukesi” komandasının baş məşqçisi Armando Kunqu Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunundan əvvəl söyləyib. 

O, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.

- Penaltilərə hazırlaşmısınız, yoxsa cütün taleyini əsas vaxtda həll etmək istəyirsiniz?

- Necə olacağını bilmək olmaz. İstərdik ki, cütün taleyini 90 dəqiqə ərzində həll edək. Amma penaltilərə də hazırlaşmışıq.

- Komanda üzvlərinizin Bakıya iki ayrı təyyarə ilə və fərqli vaxtlarda gəldiyi deyilir. Bu, nə dərəcə düzdür?

- Belə halların baş verməsi xoş deyil. Viza problemi ilə üzləşdik. Kosovo vətəndaşı olan oyunçumuzu Azərbaycana gətirə bilmədik. Çünki Azərbaycan bu ölkənin müstəqilliyini tanımır. Biz futbol oynayırıq. Siyasi bir hadisənin iştirakçısı olmaq istəməzdik. 

- İki futbolçunuzun "Keşlə" ilə danışıq apardığı deyilir...

- Bu barədə məlumatım yoxdur. Futbolda belə şeylər olur. Kimsə altdan-altdan iş görə bilər. İndi bu barədə düşünmürəm. 

- Bakıda fərqli "Kukesi" görə biləcəyik?

- Evdə üzərimizdə bu qədər təzyiq yox idi. Burada suallarınızdan görürəm ki, işimiz çətin olacaq. Əsas nəticə qazanmaqdır. Ağıllı oynamağı bacarmalısan.

Son xəbərlər

Orphus sistemi