Yuxarı

AFFA-nın ​baş katibi: "Bölgə klublarına maliyyə dəstəyi göstəriləcək"

Elxan Məmmədov Sumqayıt futbol ictimaiyyəti ilə görüşüb

Bakı. 5 fevral. REPORT.AZ/ "Azərbaycan Premyer Liqasında çıxış edən bölgə klublarına maliyyə dəstəyi göstəriləcək".

"Report"un məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov Sumqayıtın futbol ictimaiyyəti ilə görüşündə deyib.

O bildirib ki, hazırda Premyer Liqadakı klubların yarıdan çoxu paytaxtı təmsil edir: "Hesab edirik ki, yeni addımımız paytaxt klublarının bölgəyə getməsini stimullaşdıra, onların regionlarımızı təmsil etmələrinə səbəb ola bilər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi