"Barselona"ya yeni baş məşqçi təyin olunub

"Barselona"ya yeni baş məşqçi təyin olunub Valverde ilə iki illik müqavilə imzalanıb
Futbol
29 May , 2017 22:39
Barselonaya yeni baş məşqçi təyin olunub
Twitter

Bakı. 29 may. REPORT.AZ/ "Atletik Bilbao"nun sabiq rəhbəri Ernesto Valverde "Barselona"ya yeni baş məşqçi təyin olunub.

"Report" xəbər verir ki, bu barədə bazar ertəsi keçirilən xüsusi mətbuat konfransında "göy-qırmızılar"ın prezidenti Xosep Mariya Bartomeu məlumat verib.

Vaxtikən "Barselona"da oynamış (1988-1990-cı illər) 53 yaşlı mütəxəssis bu postda Luis Enrikeni əvəz edib.

Əvvəllər, həmçinin "Espanyol", "Olimpiakos", "Vilyarreal" və "Valensiya"nı çalışdırmış Valverde ilə müqavilə iki il müddətinə nəzərdə tutulub.

Onun baş məşqçi qismində təqdimatı iyunun 1-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi