Yuxarı

​"Barselona" "Xetafe"ni 6:0 hesabı ilə darmadağın edib - VİDEO

Kataloniyalılar çempionatda ardıcıl üçüncü qələbələrini qazanıblar

Bakı. 29 aprel. REPORT.AZ/ Kataloniyanın "Barselona" klubu İspaniya Primyer Liqasının 34-cü turu çərçivəsində "Xetafe"ni darmadağın edib.

"Report" xəbər verir ki, görüş "Kamp Nou" stadionunda keçirilib və 6:0 hesabı ilə başa çatıb.

"Göy-qırmızılar" turnirdə ardıcıl üçüncü qələbələrini qazanıblar.

34 turdan sonra "Barselona" hesabında 84 xalla turnir cədvəlinə liderlik edir. Cəmi 36 xal toplayan "Xetafe" 13-cü yerdə qərarlaşıb.

İspaniya Primyer Liqası. 34-cü tur

"Barselona" (Barselona) – "Xetafe" (Xetafe) – 6:0

Qollar: Messi, 9 (1:0, pen); Suares, 25 (2:0); Neymar, 28 (3:0); Xavi, 30 (4:0); Suares, 40 (5:0); Messi, 47 (6:0).

"Levante" – "Kordoba" - 1:0

Qol: Barral, 41 (1:0)

"Atletik" – "Real Soseydad" - 1:1

Qollar: Aduris, 52 pen. (1:0), De La Belya, 60 (1:1)

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi