"Barselona" Xerard Pike ilə müqavilə müddətini uzadıb

"Barselona" Xerard Pike ilə müqavilə müddətini uzadıb Yeni anlaşma 30 iyun 2022-ci ilədək nəzərdə tutulub
Futbol
18 Yanvar , 2018 14:32
Barselona Xerard Pike ilə müqavilə müddətini uzadıb

Bakı. 18 yanvar. REPORT.AZ/ İspaniya "Barselona"sının futbolçusu Xerard Pike klubla müqavilə müddətini uzadıb.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni anlaşma 30 iyun 2022-ci ilədək nəzərdə tutulub. Bu müddətdə Pikeni almaq istəyən klub 500 milyon avrosundan keçməlidir. Təzə sözləşmə ilə əlaqədar tezliklə ənənəvi mətbuat konfransı təşkil olunacaq.

Qeyd edək ki, Xerard Pike "Barselona"nın yetirməsi olsa da, 2004-cü ildə İngiltərə "Mançester Yunayted"inə keçib. O, bundan 4 il sonra Kataloniya komandasına qayıdıb və bir daha kollektivi tərk etməyib. 30 yaşlı müdafiəçi "Barsa"da 421 oyunda 36 qol, 8 məhsuldar ötürmə müəllifi olub. 

Son xəbərlər

Orphus sistemi