Yuxarı

"Barselona" "Valensiya”ya məğlub olub

​"Barselona" "Valensiya”ya məğlub olub

"Barselona" futbol komandası İspaniyanın çempionatının 21-ci turunun matçında “Valensiya” ilə qarşılaşıb.

“Report” xəbər verir ki, matç Valensiyanın "Mestalya" stadionunda keçirilib və meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşün 48-ci dəqiqəsində "Barselona" müdafiəçisi Jordi Alba topu öz qapısına vurub. "Valensiya"nın heyətində isə Maksi Qomes fərqlənib. O, 77-ci dəqiqədə komandasının hesabdakı üstünlüyünü artırıb.  

Məğlubiyyətə baxmayaraq “Barselona” İspaniya çempionatının turnir cədvəlində liderliyini davam etdirir. Komanda 21 qarşılaşmada 43 xal toplayaraq “Real”ı üstələyib. Bununla yanaşı, Madrid klubunun ehtiyatında daha bir matç da var. “Valensiya” isə 21 matçdan sonra 34 xalla siyahıda 5-ci yerə yüksəlib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi