Yuxarı
    Bağlamaq

    ​"Barselona" "Valensiya"nın yarımmüdafiəçisi Andre Qomeşi transfer edib

    Yarasaların futbolçunu 65 mln. avroya satmaq istədiyi bildirilirdi

    Bakı. 22 iyul. REPORT.AZ/ "Barselona" futbol klubu "Valensiya"nın yarımmüdafiəçisi Andre Qomeşi transfer edib.

    "Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    22 yaşlı portuqaliyalı futbolçu gələn həftə rəsmən təqdim olunacaq. Müqavilənin təfərrüatları açıqlanmır. Bundan əvvəl "Valensiya"nın futbolçunu 65 milyon avroya satmaq niyyətində olduğu bildirilirdi.

    Qomeş 2015/16-cı illər mövsümündə İspaniya çempionatında 30 matç keçirib, 3 qol vurub və 3 qol ötürməsi edib. O, Fransada keçirilən Avropa çempionatında Portuqaliyanın heyətində 5 oyunda çıxış edib və sonda çempion titulunu qazanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi