"Barselona" "Valensiya"nı məğlub edərək İspaniya Kubokunun finalına çıxıb - VİDEO

"Barselona" "Valensiya"nı məğlub edərək İspaniya Kubokunun finalına çıxıb - VİDEO Filippe Koutinyo klubda ilk qolunu vurub
Futbol
9 Fevral , 2018 04:28
Barselona Valensiyanı məğlub edərək İspaniya Kubokunun finalına çıxıb - VİDEO

Bakı. 9 fevral. REPORT.AZ/ "Barselona" futbol üzrə İspaniya Kubokunun yarımfinal matçında "Valensiya"nı 2:0 hesabı ilə məğlub edib.

“Report” TASS-a istinadən xəbər verir ki, kataloniyalılar səfərdə baş tutan cavab matçındakı qələbə sayəsində yarımfinala vəsiqə qazanıblar.

Matçda Filippe Koutinyo (49-cu dəqiqə) klubda ilk qolunu vurub. İkinci topu rəqibin qapısından İvan Rakitiç (82) keçirib. "Barselona" birinci oyunda 1:0 hesabı ilə qalib gəlmişdi.

İspaniya Kubokunun finalı aprelin 21-də keçiriləcək. "Barselona"nın rəqibi iki oyunun nəticəsinə görə, "Leqanes"ə qalib gəlmiş "Sevilya" olacaq.

Son xəbərlər

Orphus sistemi