“Barselona“ üzr istəyəcəyi təqdirdə Neymarı geri qaytarmağa hazırdır

“Barselona“ üzr istəyəcəyi təqdirdə Neymarı geri qaytarmağa hazırdır İspaniyanın “Barselona“ klubu PSJ (Fransa) və Braziliya yığmasının hücumçusu Neymarın komandaya geri qayıtması mümkünlüyünü nəzərdən keçirməyə hazırdır.
Futbol
18 İyun , 2019 05:27
“Barselona“ üzr istəyəcəyi təqdirdə Neymarı geri qaytarmağa hazırdır

İspaniyanın “Barselona“ klubu PSJ (Fransa) və Braziliya yığmasının hücumçusu Neymarın komandaya geri qayıtması mümkünlüyünü nəzərdən keçirməyə hazırdır.

"Report" "El Chiringuito" nəşrinə istinadən xəbər verir ki, mənbənin məlumatına görə, Kataloniya təmsilçisi braziliyalı forvarddan 2017-ci ildə onun gedişi ilə bağlı yaranmış qalmaqala görə ictimai şəkildə üzrxahlıq tələb etmək niyyətindədir.

Həmin il PSJ Neymarı 222 milyon avroya "Barselona"dan alıb. Sonradan məlum olub ki, futbolçu və atası Kataloniya klubundan bonus almaq üçün keçid prosesini uzadıb.

Son xəbərlər

Orphus sistemi