Yuxarı

Bu gecə Çempionlar Liqasının ilk finalçısı müəyyənləşəcək

Barselona Bavariya ilə matça bu vəsiqəni rəsmiləşdirmək üçün çıxacaq

Bakı. 12 may. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk cavab oyunu keçiriləcək. "Report"un məlumatına görə, "Allians Arena"da baş tutacaq görüşdə Almaniyanın "Bavariya" klubu ilə İspaniya "Barselona"sı üz-üzə gələcək.

Əksər mütəxəssislər Kataloniya təmsilçisinin finala vəsiqə şanslarını yüksək qiymətləndirir. "Nou Kamp"da baş tutmuş ilk oyunda meydan sahibləri almaniyalıların qapısından 3 cavabsız top keçirib. "Bavariya" finala yüksəlmək üçün ən azı 4 top fərqi ilə qalib gəlməlidir. Amma bu, xeyli çətin görünür. Üstəlik, Aryen Robben və Frank Riberi bu dəfə də oyunu tribunadan izləyəcək. Səbəb hər iki futbolçunun zədəli olmasıdır. "Barselona" isə cavab görüşünə itkisiz çıxacaq.

Rəqiblər bu mərhələdə sonuncu dəfə 2013-cü ildə üz-üzə gəliblər. Münhendə keçirilmiş ilk görüşdə "Barselona"nı 4 cavabsız topla məğlub etmiş "Bavariya" İspaniyada 3:0 hesablı qələbə qazanıb.

Çempionlar Liqası, 1/2 final

Cavab oyunu

23:45. "Bavariya" (Almaniya) - "Barselona" (İspaniya)

Baş hakim: Mark Klattenburq (İngiltərə)

Münhen. "Allians Arena"

Qeyd edək ki, "Real Madrid" və "Yuventus" arasındakı cavab görüşü sabah baş tutacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi