"Barselona" Qrizmannın transferini açıqlayıb - VİDEO

"Barselona" Qrizmannın transferini açıqlayıb - VİDEO İspaniyanın Barselona klubu Atletikonun futbolçusu Antuan Qrizmann ilə müqavilə bağlayıb.
Futbol
12 İyul , 2019 17:21
Barselona Qrizmannın transferini açıqlayıb - VİDEO

İspaniyanın "Barselona" klubu "Atletiko"nun futbolçusu Antuan Qrizmann ilə müqavilə bağlayıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi bu transfer üçün madridlilərə 120 milyon avro ödəyib. Fransalı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Onun sərbəstqalma məbləği 800 milyon avro müəyyən olunub.

"Barselona" rəsmi "Twitter" səhifəsi transferlə bağlı qısa video-çarx paylaşıb. 28 yaşlı hücumçunun Kataloniya təmsilçisinin formasındakı fotosunda bu sözlər yazılıb: "Biz bunu gözləyirdik".

Qeyd edək ki, Antuan Qrizmann peşəkar futbolçu karyerasına 2009-cu ildə "Real Sosyedad"da başlayıb. O, 2014-cü ildə 30 milyon avro qarşılığında "Atletiko"ya transfer olub. Qrizmann Fransa millisinin heyətində 6 qolla 2016-cı il Avropa çempionatının bombardiri, 2018-ci il dünya çempionatının isə qalibi olub. 

Son xəbərlər

Orphus sistemi