"Barselona" prezidenti: "Bütün azarkeşlərdən üzr istəyirəm"

"Barselona" prezidenti: "Bütün azarkeşlərdən üzr istəyirəm" "Çox kədərli gündür"
Futbol
11 Aprel , 2018 01:56
Barselona prezidenti: Bütün azarkeşlərdən üzr istəyirəm

Bakı. 11 aprel. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun prezidenti Jozep Mariya Bartomeu komandanın Çempionlar Liqasında mübarizəni dayandırmasına münasibət bildirib.

“Report” xəbər verir ki, o, bütün "Barselona" azarkeşlərindən üzr istəyib.

"Yarımfinala çıxa bilməməyimizlə əlaqədar olaraq komandanın bütün azarkeşlərindən üzr istəyirəm. Eyni zamanda "Roma"nı təbrik edirəm. Çox kədərli gündür. "Roma" daha yaxşı oynayırdı, o, meydanın bütün sahələrində bizi üstələyirdi. Biz növbəti mərhələyə çıxmaq arzusunda idik. Dünyadakı bütün azarkeşlərimizin dərdinə acıyıram", — deyə "Mundo Deportivo" Bartomeunun sözlərini sitat gətirib.

"Barselona" ÇL-in ¼ final mərhələsinin cavab matçında "Roma"ya səfərdə 3:0 (İlk oyun 1:4) hesabı ilə məğlub olaraq turnirdə çıxışını başa vurub.

Son xəbərlər

Orphus sistemi