​“Barselona”nın yarımmüdafiəçisi Xavi Ernandes ilə vida mərasimi keçirilib

​“Barselona”nın yarımmüdafiəçisi Xavi Ernandes ilə vida mərasimi keçirilib Futbolçu karyerasını Qətərdə davam etdirəcək
Futbol
24 May , 2015 07:50
​“Barselona”nın yarımmüdafiəçisi Xavi Ernandes ilə vida mərasimi keçirilib

Bakı. 24 may. REPORT.AZ/ Kataloniyanın "Barselona" futbol klubunun yarımmüdafiəçisi Xavi Ernandes İspaniya çempionatının sonuncu turunda “Deportivo”ya qarşı keçirilən oyundan sonra “Kamp Nou” stadionu və azarkeşlərlə vidalaşıb.

“Report” xəbər verir ki, futbolçu cümə axşamı komandada keçirdiyi 17 mövsüm, 765 oyun və hazırda 23 titul ilə “Barselona”dan getmək niyyətində olduğunu bəyan edib.

Azarkeşlər karyerası ərzində La Liqanın səkkizinci titulunu başı üzərinə qaldıran kapitanı coşqu ilə qarşılayıblar. İspaniya Futbol Federasiyasının prezidenti Anhel Mariya Vilyar “Barselona”nın tarixində 23-cü olan La Liqa Kubokunu Xaviyə təqdim edib.

“Hər şeyə görə çox sağ olun”, – deyə Xavi bildirib.

Məşhur futbolçu hazırki mövsümü bitirdikdən sonra karyerasını Qətərdə davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi