"Barselona"nın sabiq qapıçısı İspaniya klubunun baş məşqçisi oldu

"Barselona"nın sabiq qapıçısı İspaniya klubunun baş məşqçisi oldu İspaniyanın Barselona klubunun sabiq qapıçısı Viktor Valdes Orta komandasının baş məşqçisi olub.
Futbol
29 May , 2020 09:47
Barselonanın sabiq qapıçısı İspaniya klubunun baş məşqçisi oldu

İspaniyanın "Barselona" klubunun sabiq qapıçısı Viktor Valdes "Orta" komandasının baş məşqçisi olub. 

"Report"un məlumatına görə, 38 yaşlı keçmiş qolkiper növbəti mövsümdən 4-cü liqa təmsilçisinə rəhbərlik edəcək. 

Qeyd edək ki, Viktor Valdes 2017-ci ildə karyerasını başa vurub. O, 2019-cu ildən "Barselona"nın gənclər komandasında işləyib. Təcrübəli qapıçı 6 dəfə İspaniya La Liqasının, 3 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub. Valdes İspaniya millisi ilə 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionatında qızıl medal qazanıb. 

1922-ci ildə təsis edilən "Orta" klubu Kataloniyada yerləşir. Komandanın ən böyük uğuru 1952-ci ildən 1959-cu ilədək İspaniyanın 3-cü liqasında çıxış etməsidir. 

Son xəbərlər

Orphus sistemi