Yuxarı

İspaniya prokurorluğu "Barselona"nın sabiq prezidenti üçün 11 il həbs cəzası istəyib

"Barselona"nın sabiq prezidentinin məhkəməsi başladı

Bakı. 25 fevral. REPORT.AZ/ İspaniyanın “Barselona” futbol klubunun keçmiş prezidenti Sandro Rosellin məhkəməsi başlayıb.

"Report" EFE agentliyinə istinadən xəbər verir ki, müttəhimlər kürsüsündə Rosell ilə yanaşı, onun həyat yoldaşı Marta Pineda və bir neçə şəxs olub. Onlar Braziliya Futbol Konfederasiyasının 20 milyon avrosunun "yuyulmasında" ittiham olunurlar.

İspaniya prokurorluğu Kataloniya təmsilçisinin sabiq prezidenti üçün 11 il həbs cəzası istəyib. Onun həyat yoldaşını isə 7 il həbs gözləyir.

Qeyd edək ki, Sandro Rosell 2010 - 2014-cü illərədə “Barselona” klubunun prezidenti olub. O, 2017-ci ilin mayında saxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi