"Barselona"nın sabiq prezidenti vəfat edib

"Barselona"nın sabiq prezidenti vəfat edib Aqusti Montal Kosta 82 yaşında dünyasını dəyişib
Futbol
22 Mart , 2017 14:06
Barselonanın sabiq prezidenti vəfat edib

Bakı. 22 mart. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun sabiq prezidenti Aqusti Montal Kosta vəfat edib.

"Report"un "Mundo Deportivo"ya istinadən məlumatına görə, o, 82 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Montal Kataloniya klubuna 1969-1977-ci illərdə rəhbərlik edib. Onun prezidentliyi dövrü 1973-cü ildə "Barsa"nın "Ayaks"dan Yohan Kroyfu alması ilə əlamətdar olub. Sonrakı dövrlərdə Y.Kroyf klub üçün həm futbolçu, həm də məşqçi kimi böyük rol oynayıb.

Aqusti Montal Kostanın atası Aqustin Montal Qalobart da 1946-1952-ci illərdə Kataloniya təmsilçisinin prezidenti olub. 

Son xəbərlər

Orphus sistemi