"Barselona"nın sabiq prezidenti iki ildən sonra sərbəst buraxılıb

"Barselona"nın sabiq prezidenti iki ildən sonra sərbəst buraxılıb Bakı. 27 fevral. REPORT.AZ/ İspaniyanın Barselona klubunun sabiq prezidenti Sandro Rosel şərti olaraq azadlığa çıxıb.
Futbol
27 Fevral , 2019 19:44
Barselonanın sabiq prezidenti iki ildən sonra sərbəst buraxılıb

Bakı. 27 fevral. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun sabiq prezidenti Sandro Rosel şərti olaraq azadlığa çıxıb.

"Report" "Football Espana"ya istinadən xəbər verir ki, o, ortağı Coanna Besoli ilə birlikdə iki ildən sonra sərbəst buraxılıb.

Kataloniya təmsilçisinin sabiq prezidentinin pasportu ölkədən çıxmaması üçün əlindən alınıb.

Qeyd edək ki, Sandro Rosel 2017-ci ilin mayında “çirkli pulların yuyulması” ittihamı ilə saxlanılıb. Daha sonra İspaniya prokurorluğu Kataloniya təmsilçisinin sabiq prezidenti üçün 11 il həbs cəzası istəyib. Rosel 2010-2014-cü illərdə “Barselona”nın prezidenti olub.

Son xəbərlər

Orphus sistemi