Yuxarı

"Barselona"nın prezidenti klubun baş məşqçi ilə bağlı qərarını açıqlayıb

"Barselona"nın prezidenti klubun baş məşqçi ilə bağlı qərarı açıqlayıb

İspaniyanın "Barselona" klubu baş məşqçi Ernesto Valverdenin komandadan göndəriləcəyi ilə bağlı iddialara münasibət bildirib.

"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin prezidenti Xosep Bartomeu açıqlama verib. 

O, Direktorlar Şurasının 55 yaşlı mütəxəssisi dəstəklədiyini deyib. Bartomeu Valverdenin kollektivə lazım olduğunu söyləyib: "Onun klubla müqaviləsi var və məşqçinin işindən məmnunuq".

Qeyd edək ki, "Barselona" Ernesto Valverdenin rəhbərliyi altında ardıcıl iki mövsüm La Liqanın qalibi olub. Komanda Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda "Liverpul"a 4:0 (ilk oyun 3:0) hesabı ilə uduzaraq finala çıxa bilməyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi