​"Barselona"nın futbolçusu Neymar vergidən yayınmaqda şübhəli bilinir

​"Barselona"nın futbolçusu Neymar vergidən yayınmaqda şübhəli bilinir Hazırda 38 milyon dollar şübhə altında düşüb
Futbol
6 İyun , 2015 06:28
​Barselonanın futbolçusu Neymar vergidən yayınmaqda şübhəli bilinir

Bakı. 06 İyun. REPORT.AZ/ Braziliyanın hüquq-mühafizə orqanları İspaniyanın "Barselona" klubunun forvardı Neymarı vergidən yayınmaqda şübhəli bilirlər.

"Report" xəbər verir ki, bu barədə "Epoca" nəşri yazıb.

Mənbənin məlumatına görə, yerli vergi xidmətinin nümayəndələri təqribən bir il milli komandanın hücumçusunun hesabını öyrəniblər. Yaxın vaxtlarda futbolçuya qarşı ittiham irəli sürüləcəyi gözlənilir.

Məlumata görə, 2011-2014-cü illərdə Neymarın hesabları üzərindən köçürülən 38 milyon dollar şübhə altına düşüb.

Son xəbərlər

Orphus sistemi