Yuxarı

"Barselona"nın futbolçuları xəstə uşaqlara baş çəkiblər

Bu barədə komandanın kapitanı İnyesta Instagramda yazıb

Bakı. 4 yanvar. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun (Kataloniya) futbolçuları xəstəxanada uşaqları ziyarət ediblər.

"Report" xəbər verir ki, bu barədə komandanın kapitanı Andres İnyesta öz "Instagram" səhifəsində yazıb.

O bildirib ki, açıq məşqdən sonra A.İnyesta, İvan Rakitiç, Jordi Alba və digər futbolçular yerli xəstəxanalardan birində müalicə alan uşaqlara baş çəkiblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi