"Barselona"nın futbolçuları maaşlarının azaldılmasını rədd etdi

"Barselona"nın futbolçuları maaşlarının azaldılmasını rədd etdi İspaniyanın Barselona klubunun rəhbərliyi maaşların azaldılması tələbi ilə yenidən futbolçulara müraciət edib.
Futbol
3 İyun , 2020 13:34
Barselonanın futbolçuları maaşlarının azaldılmasını rədd etdi

İspaniyanın "Barselona" klubunun rəhbərliyi maaşların azaldılması tələbi ilə yenidən futbolçulara müraciət edib. 

"Report" RAC1-ə istinadən xəbər verir ki, klub prezidenti Xosep Bartomeu rədd cavabı alıb. Futbolçular ikinci dəfə maaşlarının azaldılmasına qarşı çıxıblar. Onlar fikirlərini La Liqanın gələn həftə bərpa olunacağı ilə əsaslandırıblar.  

Artıq Kataloniya təmsilçisi ilə oyunçuların ilkin razılıq müddəti başa çatmaq üzrədir. 3 ay ərzində klubun futbolçuları maaşlarının 17 faizindən məhrum olub. Bu səbəbdən, "Barselona" 40 milyon avrodan çox qənaət edib. 

Qeyd edək ki, "Barselona"da daha öncə maaşların 70 faiz azaldıldığı bəlli olub. Martda koronavirus pandemiyası səbəbindən dayandırılmış İspaniya La Liqasının iyunun 11-də bərpa olunacağı açıqlanıb.

Son xəbərlər

Orphus sistemi