"Barselona"nın daha bir futbolçusu uzun müddətə sıradan çıxıb

"Barselona"nın daha bir futbolçusu uzun müddətə sıradan çıxıb Andres İnyesta 4 həftə oynamayacaq
Futbol
30 Sentyabr , 2015 10:14
Barselonanın daha bir futbolçusu uzun müddətə sıradan çıxıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun futbolçusu Andres İnyesta 4 həftə oynamayacaq. "Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, təcrübəli yarımmüdafiəçi Çempionlar Liqasında qrup mərhələsinin Almaniya "Bayer"i ilə matçında zədələnib. 

Görüş Kataloniya komandasının qələbəsi ilə yekunlaşıb - 2:1. Tibbi müayinə zamanı İnyestanın sağ ayağının dizaltı vətərində problem aşkarlanıb. 

Qeyd edək ki, daha öncə "Barselona" Lionel Messinin də xidmətindən uzun müddətə məhrum olub. Argentinalı hücumçu 8 həftə müddətinə sıradan çıxıb. 

Son xəbərlər

Orphus sistemi