Yuxarı

"Barselona"nın baş məşqçisi jurnalisti təhqir edib

Luis Enrike sualı kobud formada cavablandırıb

Bakı. 18 aprel. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun  baş məşqçisi Luis Enrike futbol üzrə ölkə çempionatının XXXIII turunda "Valensiya"ya 1:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistə kobud cavab verib. "Report"un məlumatına görə, mətbuat konfransında "Diario Gol" nəşrinin müxbiri Viktor Malo Kataloniya komandasının apreldə funksional enişinin səbəbini soruşub. 

Enrike isə sualı kinayəli formada "Soyadın necədir? Malo? Hər şey düzdür" deyə cavablandırıb. 

"Malo" sözü ispanca "pis" deməkdir. 

Qeyd edək ki, "Barselona" İspaniya çempionatında uzun müddət böyük fərqlə liderlik edib. Kataloniya təmsilçisi hazırda birinci pillədədir, amma "Atletiko"nu yalnız əlavə göstəricilərdə qabaqlayır. 3-cü pillədəki "Real Madrid" isə onlardan yalnız 1 xal geri qalır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi