KİV: "Barselona" 5 futbolçusunun koronavirus xəstəliyini gizlədib

KİV: "Barselona" 5 futbolçusunun koronavirus xəstəliyini gizlədib İspaniyanın Barselona klubunun 7 üzvü koronavirus xəstəliyini keçirib.
Futbol
2 İyun , 2020 11:07
KİV: Barselona 5 futbolçusunun koronavirus xəstəliyini gizlədib

İspaniyanın "Barselona" klubunun 7 üzvü koronavirus xəstəliyini keçirib.

"Report" RAC1 radiosuna istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin 5 oyunçusu və 2 məşqçisində virus aşkarlanıb. Onlar pandemiya dövrünün başlanğıcında testdən keçdikdən sonra müsbət nəticə ilə qarşılaşıblar. 

Bütün komanda üzvləri xəstəliyi asimptomatik keçiriblər. Hazırda bütün oyunçuların durumu yaxşıdır, sağlamdırlar və oyunlarda iştirak edə bilərlər. 

Bu məlumatın klub tərəfindən təsdiqlənmədiyi və La Liqanın heç bir hesabatında əksini tapmadığı qeyd olunub. 

Martda koronavirus pandemiyası səbəbindən dayandırılmış İspaniya La Liqasının iyunun 11-də bərpa olunacağı açıqlanıb.

Son xəbərlər

Orphus sistemi