"Barselona" "Napoli"ni darmadağın edib, Qrizmann ilk qolunu vurub - VİDEO

"Barselona" "Napoli"ni darmadağın edib, Qrizmann ilk qolunu vurub - VİDEO İspaniyanın Barselona klubu yoldaşlıq oyununda İtaliya Napolisini darmadağın edib.
Futbol
11 Avqust , 2019 04:51
Barselona Napolini darmadağın edib, Qrizmann ilk qolunu vurub - VİDEO

İspaniyanın "Barselona" klubu yoldaşlıq oyununda İtaliya "Napoli"sini darmadağın edib.

“Report” xəbər verir ki, ABŞ-ın Enn-Arbor şəhərinin "Miçiqan" stadionunda baş tutan görüş 4:0 hesabı ilə katalonların xeyrinə yekunlaşıb.

Oyunda bütün qollar ikinci hissədə vurulub. Luis Suares dubl etdiyi halda, Usman Dembele və Antuan Qrizmann hərəyə bir dəfə fərqlənib. Bu həm də Qrizmannın yeni komandasında ilk qolu olub.

Yoldaşlıq oyunu (klublar)

"Napoli" - "Barselona" - 0:4

Qollar: 0:1 – Suares – 48, 0:2 – Qrizmann – 56, 0:3 – Suares – 58, 0:4 – Dembele – 63.

Son xəbərlər

Orphus sistemi