Yuxarı

"Barselona" müdafiəçisi ilə yollarını ayırıb

"Barselona" müdafiəçisi ilə yollarını ayırıb

Bakı. 30 iyul. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun futbolçusu Lyuka Din komandadan ayrılacağını açıqlayıb. 

"Report" xəbər verir ki, 25 yaşlı müdafiəçi bu barədə şəxsi "Instagram" hesabında paylaşım edib. Fransalı oyunçu "Barselona" klubunun bir ailə olduğunu deyib: "Son iki il ərzində bir uşağın xəyalını yaşadım. Hamınıza təşəkkür edirəm. Çalışdığım bütün işçilərə və məşqçilərə təşəkkür edirəm. Bu şəhər həmişə mənimlə qalacaq". 

Qeyd edək ki, Lyuka Din 2016-cı ildən "Barselona"da çıxış edib. Onun İngiltərənin "Everton" klubuna keçəcəyi ehtimal olunur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi