Yuxarı

"Barselona" Messi ilə müqavilənin uzadılması haqqında danışıqlar aparır

​"Barselona" Messi ilə müqavilənin uzadılması haqqında danışıqlar apar

"Barselona" argentinalı hücumçu və Katalon komandasının kapitanı Lionel Messi ilə müqavilənin uzadılması haqqında danışıqlar aparır.

"Report" "Marca"a istinadən xəbər verir ki, bu barədə "Barselona"nın direktoru Erik Abidal məlumat verib. 

Qeyd edilir ki, cari razılaşma 2021-ci il ilin yayına qədər imzalanıb. Ancaq müqavilənin şərtinə görə, futbolçu artıq 2020-ci ilin yayında komandanı tərk edə bilər.

"Messi bizim üçün əsas oyunçudur. Və onun qüvvədə olan razılaşmadan sonra getmək imkanı var. Ancaq mən bilirəm ki, prezident bir dəfəlik və həmişəlik müqavilə ilə bağlı məsələni həll etmək üçün Lionelin nümayəndələri ilə danışıqlar aparır", - o bildirib.

Messi bütün karyerasını katalon klubunda keçirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi