"Barselona" Messi haqqında dediklərinə görə klub direktorunu işdən çıxarıb

"Barselona" Messi haqqında dediklərinə görə klub direktorunu işdən çıxarıb "Qratakos klubun mövqeyi ilə üst-üstə düşməyən fikri aşkarcasına ifadə etdiyi üçün işdən qovulub"
Futbol
13 Yanvar , 2017 23:41
Barselona Messi haqqında dediklərinə görə klub direktorunu işdən çıxarıb
Lionel Messi

Bakı. 13 yanvar. REPORT.AZ/ Kataloniyanın "Barselona" klubunun rəhbərliyi komandanın İspaniya Kral Futbol Federasiyası ilə əməkdaşlığa cavabdeh olan klub direktoru Pere Qratakosu argentinalı hücumçu Lionel Messi haqqında dediklərinə görə işdən çıxarıb.

"Report" xəbər verir ki, bu barədə klubun saytında məlumat yerləşdirilib.

Yanvarın 11-də İspaniya Kuboku çərçivəsində "Atletik Bilbao" ilə keçirilən və Messinin bir qol ilə fərqləndiyi matçdan (3:1) sonra Qratakos bildirib ki, "Barselona" növbəti mərhələyə təkcə argentinalının sayəsində keçməyib, qələbə bütün komandanın zəhməti hesabına mümkün olub, belə ki, tərəfdaşsız o belə yaxşı futbolçu ola bilməzdi".

"Barselona"nın mətbuat xidməti öz bəyanatında qeyd edib ki, Qratakos klubun mövqeyi ilə üst-üstə düşməyən fikri aşkarcasına ifadə etdiyi üçün işdən qovulub.

Son xəbərlər

Orphus sistemi