"Barselona" Lionel Messiyə ildə 40 milyon avro təklif edib

"Barselona" Lionel Messiyə ildə 40 milyon avro təklif edib Tərəflər yeni anlaşmaya dair razılığa gəliblər
Futbol
25 Yanvar , 2017 18:01
Barselona Lionel Messiyə ildə 40 milyon avro təklif edib

Bakı. 25 yanvar. REPORT.AZ/ İspaniyanın "Barselona" klubu futbolçu Lionel Messi ilə müqavilənin uzadılmasına dair razılığa gəlib. 

"Report"un Ok Diario"ya istinadən verdiyi məlumata görə, argentinalı hücumçunu klubun təklif etdiyi ildə 40 milyon avro qane edib.

"Barsa"nı təklifi bu həddə yüksəltməyə rəqiblərinin Messiyə olan marağı vadar edib.

Qeyd edək ki, Lionel Messinin hazırkı anlaşması 2018-ci ilin yayınadək nəzərdə tutulub. Anlaşmada onun başqa kluba keçid haqqı isə 250 milyon avro göstərilib.

Son xəbərlər

Orphus sistemi