Yuxarı

​"Barselona" liderliyə yüksəlib, Messi qol hesabında Ronalduya çatıb

Barselona-Rayo Valekano görüşü 6:1 hesabı ilə başa çatıb

Bakı. 9 mart. REPORT.AZ/ Martın 8-də İspaniya La Liqasının 26-cı turu çərçivəsində "Barselona" "Rayo Valekano"nu qəbul edib.

"Report" xəbər verir ki, Kataloniyanın "Kamp Nou" stadionunda keçən görüş ev sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

"Real"ın ötən gün "Atletik"ə məğlubiyyətindən sonra kataloniyalıların liderliyə yüksəlmək şansları yaranıb və bundan məharətlə istifadə edə biliblər.

Matçda Luis Suares dubl etdiyi hlda, Messi het-trikə imza ataraq bombardirlər siyahısında Kriştianu Ronalduya çatıb - 30 qol. Katalonların daha bir qolunu Jerar Pike vurub. Rəqibin təsəlli qoluna 81-ci dəqiqədə Bueno imza atıb.

Messi həm də, het-triklərinin sayını 35-ə çatdıraraq İspaniya çempionatlarında yeni rekord müəyyən edib

"Barselona" oyunun nəticəsinə görə 1 xal fərqi ilə (62 xal) liderliyə yüksəlib.

İspaniya çempionatı. 26-cı tur

"Barselona" – "Rayo Valekano" – 6:1 (1:0)

Qollar: Suares, 5, 90, Pike, 49, Messi, 56, 63, 68 – Bueno, 81.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi