"Barselona" "Las-Palmas"la boş tribunalar önündə oynayacaq

"Barselona" "Las-Palmas"la boş tribunalar önündə oynayacaq Bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb
Futbol
1 Oktyabr , 2017 18:59
Barselona Las-Palmasla boş tribunalar önündə oynayacaq

Bakı. 1 oktyabr. REPORT.AZ/ Futbol üzrə İspaniya çempionatının 7-ci turunda "Barselona" ilə "Las-Palmas" arasında "Kamp Nou" stadionunda keçiriləcək matç boş tribunalar önündə oynanılacaq.

"Report" xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, qərar görüş zamanı mümkün qarşıdurmadan yayınmaq üçün qəbul olunub.

Hazırda Kataloniyada müstəqilliyə dair referendum keçirilir.

Son xəbərlər

Orphus sistemi