Yuxarı
    Bağlamaq

    "Barselona" klubunun keçmiş prezidenti saxlanılıb

    Tutulanlar arasında Braziliya Futbol Federasiyasının sabiq başçısı da var

    Bakı. 23 may. REPORT.AZ/ İspaniyanın “Barselona” futbol klubunun keçmiş prezidenti Sandro Rosell “çirkli pulların yuyulması” ittihamı ilə saxlanılıb.

    “Report”un məlumatına görə, S.Rossellə birlikdə daha 4 nəfər tutulub. Onun Braziliya milli komandasının oyunlarının canlı yayımlanmasından qanunsuz olaraq, komisyon haqqı aldığı və vergidən yayındığı müəyyənləşdirilib. Tutulanlar arasında Braziliya Futbol Federasiyasının keçmiş prezidenti Rikardo Teyşeyra da var.

    Təhlükəsizlik qüvvələri əməliyyat çərçivəsində Andorra, İspaniyanın Kataloniya əyalətinin Barselona, Girona və Lleida şəhərləində bəzi evlər və iş yerlərində axtarış aparıb.

    Qeyd edək ki, Sandro Rossel 2010 - 2014-cü illrədə “Barselona” klubunun prezidenti olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi