Yuxarı
    Bağlamaq

    "Barselona" klubu yeni transferini açıqlayıb

    İspaniyalı 23 yaşlı hücumçunun transferi üçün 30 milyon avro ödənilib

    Bakı. 30 avqust. REPORT.AZ/ İspaniyanın "Barselona" klubu yeni transferini rəsmən açıqlayıb.

    "Report"un Kataloniya klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, klub "Valensiya"da çıxış edən Pako Alkaseri heyətinə qatıb.

    İspaniyalı 23 yaşlı hücumçunun transferi üçün 30 milyon avro ödənilib. Bununla yanaşı, 20 yaşlı futbolçu Munir əl Hadda "Valensiya"ya icarəyə verilib.

    Futbolçu ilə imzalanan 5 illik müqaviləyə əsasən P.Alkaseri heyətinə cəlb etmək istəyən klub "Barselona"ya 100 milyon avro ödəməlidir.

    Xatırladaq ki, P.Alkaser karyerası ərzində "Valensiya" və "Xetafe" klublarında çıxış edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi