​"Barselona" klubu Van Persi ilə danışıqlara başlayıb

​"Barselona" klubu Van Persi ilə danışıqlara başlayıb Bu barədə Hollandiya mətbuatı məlumat yayıb
Futbol
7 Noyabr , 2015 14:26
​Barselona klubu Van Persi ilə danışıqlara başlayıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Hollandiya milli komandasının futbolçusu Robin van Persi İspaniyanın "Barselona" klubu ilə anlaşıb. "Report"un Hollandiya mətbuatına istinadən verdiyi məlumata görə, artıq futbolçunun meneceri ilə klub arasında bir neçə görüş keçirilib.

Mətbuat iddia edir ki, Van Persinin "Fənərbağça"da qalma ehtimalı çox azdır. Çünki Kataloniya klubu çox ciddi təkliflə çıxış edib. İddiaya əsasən, 2016-cı ilin yanvar ayına qədər transfer qadağası olan "Barselona" tezliklə Türkiyə təmsilçisi ilə rəsmi şəkildə görüş keçirəcək.

Qeyd edək ki, bu məsələ bir müddət əvvəl də gündəmə gəlib. lakin "Fənərbağça" klubunun prezidenti Əziz Yıldırım "Biz onlardan Arda Turanı istədik, satmadılar. Demək klublar yaxşı oyunçularını satmırlar. Biz də Van Persini satmırıq" deyib.

Son xəbərlər

Orphus sistemi