​"Barselona" klubu Neymarla müqavilə müddətini artırır

​"Barselona" klubu Neymarla müqavilə müddətini artırır Yeni anlaşma 4 illik nəzərdə tutulub
Futbol
19 May , 2016 11:17
​Barselona klubu Neymarla müqavilə müddətini artırır

Bakı. 19 may. REPORT.AZ/ İspaniyanın "Barselona" klubu futbolçusu Neymarla müqavilə müddətini artıracaq. "Report"un məlumatına görə, yeni müqavilə 2022-ci ilədək nəzərdə tutulub.

İmza mərasimi mayın 22-də "Sevilya" ilə İspaniya Kubokunun final matçından sonra olacaq. 24 yaşlı braziliyalının Kataloniya təmsilçisi ilə hazırkı müqavilə müddəti 2018-ci ildə başa çatacaq.

Qeyd edək ki, müqavilə imzalandıqdan sonra Neymarı transfer etmək istəyən komanda 220 milyon avro təzminat ödəməli olacaq.

Son xəbərlər

Orphus sistemi