"Barselona" klubu Neymara qarşı 8,5 milyon avroluq iddia qaldırıb

"Barselona" klubu Neymara qarşı 8,5 milyon avroluq iddia qaldırıb Klub İspaniya Futbol Federasiyasına şikayət edib
Futbol
22 Avqust , 2017 19:45
Barselona klubu Neymara qarşı 8,5 milyon avroluq iddia qaldırıb

Bakı. 22 avqust. REPORT.AZ/ "Barselona" klubu keçmiş hücumçusu Neymardan İspaniya Futbol Federasiyasına şikayət edib.

"Report"un məlumatına görə, klub braziliyalı forvardın müqavilə öhdəliklərini yerinə yetirməməsi səbəbindən onlara 8,5 milyon avro borclu olduğunu açıqlayıb. Məbləğin daha 10 faizi isə dəyən zərərə hesablanıb. "Barsa" bildirir ki, Neymar bunu etməsə, göstərilən məbləği ödəməyə görə məsuliyyəti yeni klubu Fransa PSJ-si öz üzərinə götürməlidir. 

Kataloniya təmsilçisinin açıqlamasında deyilir: "Neymar müqaviləsini uzatdıqdan 2 ay sonra birtərəfli qaydada anlaşmasının satılmasına təşəbbüs göstərib. Bütün prosedurlar oyunçunun özü ilə diskussiyaya girmədən müvafiq orqanlarla birgə aparılacaq".

Qeyd edək ki, Neymar PSJ-yə 222 milyon avroya transfer olunub. 

Son xəbərlər

Orphus sistemi