Yuxarı

​"Barselona" İspaniya Kubokunun finalına vəsiqə qazanıb

Finalda katalonlara Atletik-Espanyol cütünün qalibi rəqib olacaq

Bakı. 5 mart. REPORT.AZ/ Kataloniyanın "Barselona" klubu futbol üzrə İspaniya Kuboku yarımfinalının cavab matçında "Vilyarreal"ı məğlub edərək turnirin finalına vəsiqə qazanıb.

"Report" xəbər verir ki, çərşənbə günü Vilyarrealda baş tutan qarşılaşma katalonların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Göy-qırmızılar"ın heyətində iki dəfə Neymar (3 və 88-ci dəqiqələr) və bir dəfə Suares (73) fərqlənib. Rəqibin yeganə qolunu Xonatan dos Santos (39) vurub.

Fevralın 11-də "Kamp Nou"da keçirilən ilk oyunda da "Barselona" futbolçularının 3:1 hesablı qələbəsi qeydə alınmışdı.

Finalda "Barselona"nın rəqibi "Atletik" (Bilbao) və "Espanyol" cütünün qalibi olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi