"Barselona" İspaniya Kubokunun 1/4 finalına çıxıb

"Barselona" İspaniya Kubokunun 1/4 finalına çıxıb İspaniya kubokunun 1/8 final matçında Katalon Barselona”sı Leqanes”i qəbul edib.
Futbol
31 Yanvar , 2020 00:14
Barselona İspaniya Kubokunun 1/4 finalına çıxıb

İspaniya kubokunun 1/8 final matçında Katalon "Barselona"Leqanes”i qəbul edib.

“Report” xəbər verir ki, görüş Barselonada "Nou Kamp" stadionunda keçirilib və meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. 

Qarşılaşmada ilk qolun müəllifi Antuan Qrizmann olub. O, matçın 4-cü dəqiqəsində topu rəqibin qapısından keçirib. Kleman Lanqle fasiləyə qədər hesabdakı üstünlüyü artırıb. İkinci hissənin başlanğıcında Lionel Messi hesabı 3:0-a çatdırıb. Matçın 77-ci dəqiqəsində kataloniyalılarının yarımmüdafiəçisi Artur Ramos fərqlənib. Qarşılaşmanın sonunda isə Messi dublla yadda qalıb - 5:0.

Bu qələbə sayəsində "Barselona" İspaniya Kubokunun dörddə bir finalına çıxıb. "Leqanes" isə turnidəki çıxışını başa çatdırıb. 

Son xəbərlər

Orphus sistemi